Tariximiz

KLASS - Yüksək keyfiyyətə malik, etibarlı əyləc bəndləri.

BRAKE SYSTEMS AZERBAİJAN” MMC 2020-ci ildə təsis edilib. Müəssisə "Klass" brendi adı altında, Azərbaycanda ilk dəfə olaraq əyləc bəndlərinin istehsalını qurub.

Müəssisəmiz ilk ilinin sonunda məhsul sınaqlarını başa vuraraq, yüksək keyfiyyətli məhsul istehsalına nail olub. Hazırda 100-ə yaxın avtomobil modelləri üçün əyləc bəndləri istehsal etmək imkanına malikdir.

Məhz "Klass" Brendinin bütün Texnoloji standartlara və Keyfiyyət standartlarına uyğun məhsul istehsal etməsi, Keyfiyyətə Nəzarət Sistemi tərəfindən öz təsdiqini tapmışdır.

Müasir avandanlıqlar və peşakar işçi qüvvəsinə malik olmağımız, məhsulumuzun keyfiyyət göstəricilərini özündə əks etdirən başlıca amillərdən biridir.

Əyləc bəndlərimizin sabit sürtünmə səviyyəsi, aşınma müqaviməti, yüksək vibrasiya udma və aşağı səs istehsalı ilə hazırlanması, diqqətçəkən xüsusiyyətimizdir.

"BRAKE SYSTEMS AZERBAİJAN" MMC olaraq istehsal etdiyimiz əyləc bəndləri, Azərbaycan bazarında və bir sıra ölkə bazarlarında istehlakçılar tərəfindən daim seçilmiş və öz növbəsində ən etibarlı əyləc bəndi ünvanına sahip olmuşdur.

Missiyamız - Geniş çeşiddə məhsullarla istehlakçı tələblərini qarşılamaq və Müştəri etibarını qazanmaq.

Vizyonumuz - Əyləc bəndi sənayesində ilk növbədə seçilən marka halını almaqdır.

KLASS - Təhlükəsiz sürüşün təminatçısı

Image

Uyğunluq sertifikatı